Təhsil krediti hansı tələbələrə veriləcək?

Təhsil krediti hansı tələbələrə veriləcək?

25 Noyabr, 13:13 Sosial mediada paylaşın:

Bu ilin iyununda əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb.

Bu gündən isə tələbə kreditləri ilə bağlı müraciətlərə başlanılır.

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, təhsil tələbə krediti əyani təhsil alan tələbələrə aiddir.

Onun sözlərinə görə, tələbələrə kredit semestr üzrə veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

2021-ci il 24 iyul tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

CANLI YAYIM