İƏT faktaraşdırıcı missiyasının Qarabağla bağlı hesabatı qəbul edilib

İƏT faktaraşdırıcı missiyasının Qarabağla bağlı hesabatı qəbul edilib

25 Noyabr, 11:32 Sosial mediada paylaşın:

İslam Əməkdaşlıq Təşkilatının faktaraşdırıcı missiyasınının azad olunan ərazilərlə bağlı hesabatı qəbul edilib.

Sənəddə Azərbaycanın işğaldan azad olunmuş və hücuma məruz qalmış digər ərazilərində törədilən müharibə cinayətləri, milli-mədəni, memarlıq, tarixi və dini abidələrin məhvi, talan və təhqir olunması ilə bağlı çoxsaylı faktlar beynəlxalq insan hüquqları və humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirilib.

Ermənistanın insan hüquq pozuntularına hüquqi qiymətin verilməsi məqsədilə BMT, ATƏT və digər regional təşkilatlar tərəfindən beynəlxalq insan hüquqları monitorinq mərkəzinin yaradılması, Birinci Qarabağ müharibəsi dövründən bu günə kimi itkin düşmüş azərbaycanlıların tapılması məqsədilə çoxtərəfli koordinasiya mexanizminin yaradılması kimi tövsiyələr verilib. Hesabat 2022-ci ilin martında İslamabadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Zirvə Görüşünün proqramına daxil edilib.

CANLI YAYIM