Vətəndaşlara mina xəbərdarlığı: özünüzü “gözəgörünməz ölüm”dən qoruyun

Vətəndaşlara mina xəbərdarlığı: özünüzü “gözəgörünməz ölüm”dən qoruyun

25 Noyabr, 10:23 Sosial mediada paylaşın:

Daxili İşlər Nazirliyi (DİN) azad edilmiş ərazilərə keçmək istəyənlərə mina təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev həmin ərazilərdəki müharibə qalıqlarının faciəyə səbəb ola biləcəyini deyib:

"İşğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir. Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orada gedən işlərə mane ola bilər.

Müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir. Nəzərə alaq ki, əraziyə daxil olan bir şəxsin minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır və bu risklər faciə ilə nəticələnə bilər. Ona görə əsas diqqət bu gün ona yönəlib ki, maarifləndirmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib".

 

CANLI YAYIM