Kəlbəcərin işğaldan azad olunmasından bir il keçdi

Kəlbəcərin işğaldan azad olunmasından bir il keçdi

25 Noyabr, 09:00 Sosial mediada paylaşın:

Bu gün Azərbaycanın ən füsunkar və qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonunun işğaldan azad olunmasının 1 ili tamam olur.

Ötən il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanata əsasən, Kəlbəcər Azərbaycana təhvil verildi. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.

Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Kəlbəcər rayonuna  daxil oldu. 27 ildən sonra Kəlbəcərdə yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

İşğaldan azad edilən bütün rayonlarımızda olduğu kimi, Kəlbəcərdə də böyük quruculuq işləri sürətlə həyata keçirilir. Yollar, tunellər, elektrik stansiyaları tikilir və müxtəlif layihələr icra edilir.

CANLI YAYIM