Şəhid ailələri və müharibə əlillərinə yeni vergi güzəştləri

Şəhid ailələri və müharibə əlillərinə yeni vergi güzəştləri

24 Noyabr, 14:51 Sosial mediada paylaşın:

Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və aparılan hərbi əməliyyatlar səbəbindən əlilliyi olan şəxslər üçün yeni vergi güzəşti müəyyənləşir.

Bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, həmin şəxslərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Birinci oxunuşda 10 min manatadək olan hissənin gəlir vergisindən azad olunması nəzərdə tutulurdu.

Ümumilikdə isə dünən və bu gün keçirilən plenar iclaslarda 2022-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirələrdən sonra qəbul edilib.

CANLI YAYIM