Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusunun ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 7 şəhidin 14 ailə üzvünə müraciətlərinə ehtiyac qalmadan, zəruri sənədlər toplanaraq Prezidentin aylıq təqaüdü və müavinət, ümumilikdə 15 ödəniş təyinatı həyata keçirilib.