Büdcə zərfindəki qanun layihələri müzakirə olunacaq

Büdcə zərfindəki qanun layihələri müzakirə olunacaq

24 Noyabr, 10:23 Sosial mediada paylaşın:

Bu gün Milli Məclisdə büdcə zərfindəki qanun layihələrinin ikinci oxunuşda müzakirələri davam etdiriləcək.

Plenar iclasda 21 məsələyə baxılacaq.

Ötən gün isə gələn il üçün dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, İşsizlikdən Sığorta Fondunun büdcəsi haqqında qanun layihələri müzakirə edilərək ikinci oxunuşda qəbul olunub. Müzakirələrdə bildirilib ki, 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf strategiyası hazırlanıb və təsdiqetmə mərhələsindədir. Ölkədə cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün də tədbirlər görüləcək.

Gələn il icbari tibbi sığorta üzrə 1 milyarddan çox vəsait ayrılması nəzərdə tutulur. Təhsil müəssisələrinin maliyyələşməsi isə başqa prinsiplər əsasında qurulacaq.

Qeyd edilib ki, işğaldan azad edilən ərazilərdə yeni sənaye iqtisadi zonaları yaradılacaq. İnfrastrukturun qurulması üçün büdcədən 2,2 milyard manat vəsait ayrılıb. 

CANLI YAYIM