Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

23 Noyabr, 19:50 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 904 yeni yoluxma faktı qeydə alınıb, 1 833 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 576 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 327 nəfər müalicə olunaraq sağalıb, 7 686 nəfər vəfat edib, aktiv xəstə sayı 27690 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 194, ötən müddət ərzində isə ümumilikdə 5 461 573 test aparılıb.

CANLI YAYIM