Ermənilərin Qarabağ cinayətləri Los-Ancelesdə pislənildi

Ermənilərin Qarabağ cinayətləri Los-Ancelesdə pislənildi

23 Noyabr, 12:14 Sosial mediada paylaşın:

Ermənistanın cinayətləri Los-Ancelesdə pislənilib.

Nüfuzlu təşkilatlardan olan Pakistan Şurasının idarə heyətinin iclasında işğal müddətində Ermənistanın Qarabağda törətdiyi ağlasığmaz vəhşiliklər və dağıntılar barədə danışılıb. Bildirilib ki, 9 şəhər və 900 kənd də daxil olmaqla 10 min kvadrat kilometrdən çox ərazi yerlə-yeksan edilib, 700 tarixi abidə, 65 məscid dağıdılıb.

Sonra Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən hazırlanan "Mədəniyyətə qarşı XXI əsrin ən dəhşətli soyqırımı" adlı qısametrajlı film nümayiş olunub.

Qeyd edək ki, radikal erməni lobbisi tədbirdə iştirak edən hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı təzyiq və hədə-qorxu kampaniyasına başlayıb.

CANLI YAYIM