“Rəqəmsal icra hakimiyyəti” portalı nədir?

“Rəqəmsal icra hakimiyyəti” portalı nədir?

23 Noyabr, 11:51 Sosial mediada paylaşın:

“Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalının təqdimat mərasimi keçirilib.

Tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan portalın fəaliyyət istiqamətləri, o cümlədən vətəndaş qəbulu, elektron xidmətlər, e-iştirakçılıq, məlumatlandırma bölmələri haqqında ətraflı məlumat verilib.

Həmçinin vətəndaş və icra hakimiyyəti işçilərinin şəxsi kabinetlərinin, habelə portalın hesabatlılıq modulunun iş prinsipi haqqında təqdimat edilib. Bildirilib ki, “Rəqəmsal icra hakimiyyəti” portalı yerli icra hakimiyyətlərində “ASAN standartları”nın tətbiq edilməsi çərçivəsində həyata keçirilir. Layihə yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlərin fiziki formatda “ASAN” standartlarına uyğun olaraq vətəndaşlara təqdim edilməsini də əhatə edir. Layihənin ilkin mərhələdə Gəncə şəhəri, Masallı və Quba rayonlarında icra olunduğu diqqətə çatdırılıb. Layihə qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.

CANLI YAYIM