Böyük Britaniya Avropa İttifaqına “Breksit”lə bağlı yeni plan təqdim edəcək

1 Oktyabr, 15:40 Sosial mediada paylaşın:

Böyük Britaniya hökuməti yaxın 2 gün ərzində Avropa İttifaqına “Breksit”lə bağlı yeni plan təqdim edəcək.

Bu məlumatı “Reuters” agentliyi hökumətdəki mənbəyə istinadla yayıb. Xəbərdə qeyd olunur ki, planda başlıca məsələ İrlandiya və Şimali İrlandiya arasındakı sərhəd nəzarətidir. Avropa İttifaqı sərhəd nəzarətinin bərpa edilməsinə və gömrük yoxlamalarına qarşı çıxır. Britaniya hökuməti isə sərhədin hər 2 tərəfində gömrükdən azadetmə məntəqələri qurmaq niyyətindədir. Rəsmi London bu yolla “Breksit”dən sonra sərhəd nəzarətini minimuma endirməyi planlaşdırır.