Avstriyada peyvənd olunmayanlara sərt məhdudiyyətlər

Avstriyada peyvənd olunmayanlara sərt məhdudiyyətlər

15 Noyabr, 14:51 Sosial mediada paylaşın:

Dünyada indiyədək yeni növ koronavirus aşkarlanan insanların sayı 254 milyonu ötüb.

Rəsmi statistikaya əsasən, yoluxanların 5 milyon 116 mindən çoxu bu infeksiyanın qurbanı olub.

Avstriyada bu gündən etibarən peyvənd olunmamış vətəndaşlar üçün sərt məhdudiyyətlər qüvvəyə minir. İlkin olaraq 10 gün müddətinə nəzərdə tutulan məhdudiyyətlər 2 milyona yaxın insana şamil ediləcək. Bu müddətdə vaksin vurdurmayan şəxslər evlərini yalnız ərzaq mağazaları və ya işə getmək üçün tərk edə bilərlər. Kansler Aleksander Şallenberq yeni məhdudiyyətləri koronavirusun “Delta” ştamının geniş yayılması və vaksinasiya göstəricilərinin aşağı olması ilə əlaqələndirib.

Almaniya Avstriyanı epidemioloji riskin yüksək olduğu regiolar siyahısına daxil edib. Noyabrın 14-dən etibarən bu ölkədən Almaniyaya gələnlər karantində qalmalıdırlar. Bu qayda peyvənd olunmuş və xəstəliyi keçirmiş şəxslərə şamil edilmir.

CANLI YAYIM