Paşinyanın müavini müdafiə naziri təyin olundu

Paşinyanın müavini müdafiə naziri təyin olundu

15 Noyabr, 14:40 Sosial mediada paylaşın:

44 günlük müharibədə acı məğlubiyyətə uğrayan Ermənistan ordusunda xaos və intizamsıqlıq davam edir. Belə ki, müharibə başa çatandan sonra ölkədə artıq 3-cü müdafiə naziri istefaya göndərilib.

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin baş naziri Paşinyanın təklifini nəzərə alaraq 3 ay bundan öncə müdafiə naziri təyin olunan Arşak Karapetyanı vəzifəsindən azad edib.

Onun əvəzinə isə baş nazirin müavini Suren Papikyan təyin olunub.

Papikyan baş nazir Nikol Paşinyanın adamı kimi tanınır. Son vaxtlara kimi Ermənistanın ərazilərin idarəetmə və infrastruktur naziri vəzifəsini icra edən Suren Papikyan ay yarım bundan əvvəl baş nazirin müavini təyin olunmuşdu.

CANLI YAYIM