"LEYLA. FONS VITAE" poeziya tamaşası təqdim edildi - VİDEO

"LEYLA. FONS VITAE" poeziya tamaşası təqdim edildi - VİDEO

30 Sentyabr, 20:09 Sosial mediada paylaşın:

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində bu gün Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "LEYLA. FONS VITAE" poeziya tamaşası təqdim edilib. Tamaşanı izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da olub.

"LEYLA. FONS VITAE" Leyla Əliyeva və şair-dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin iştiraki ilə hazırlanmış ilk tamaşadır. Tanınmış elm və mədəniyyət xadimlərinin, şeirsevərlərin iştirakı ilə poeziya tamaşası təqdim olundu. Tamaşada iki şairənin şerləri dialoq şəklində, dram quruluşu müşayiəti ilə söylənildi. İki şairənin poetik deyişməsi simvolik olaraq şairlərin lirik qəhrəmanının mənəvi inkişaf və maariflənməsi yolunu əks etdirir. Tamaşa bütün iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonda tamaşanın iştirakçıları və festivalın qonaqları dahi mütəfəkkir və filosofa həsr edilmiş festivalın təşkilinin təkcə ölkənin mədəni həyatı üçün yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.

Xatırladaq ki, Birinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında Leyla Bəyim və kinorejissor Yefim Abramovun müəllifi olduğu "Qurban" immersiv tamaşasının fraqmentlərinin premyerası olmuşdu. Bu pyes eyni ildə doğulan, amma bir-birindən uzaqda yaşayan iki maarifçi insan - İmadəddin Nəsimi və Yan Qusa həsr edilmişdi.

CANLI YAYIM