Bu il isə Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib

Bu il isə Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib

22 Oktyabr, 16:20 Sosial mediada paylaşın:

"Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdən biridir. Bunu bizim çoxillik meteoroloji məlumatların təhlili sübut edir. Əgər 1960-2000-ci illərdə ölkədə il ərzində sel və daşqın hadisələri 2-3 dəfə baş verirdisə, ötən il həmin hadisələrin sayı 35-ə çatıb. Bu il isə Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə deyib.

U.Tağıyeva bildirib ki, son iki ildə yaşadığımız quraqlıq həm iqtisadiyyat, həm də əhali üçün böyük problemlər yaşadıb: "Bu da iqlim dəyişmələrinin fəsadlarıdır. Kənd təsərrüfatı üçün risklər artıb".

CANLI YAYIM