Qarabağ və Şərqi Zəngəzurda icra olunan yol layihələrinin cari vəziyyəti açıqlanıb.
Təxminən 101 kilometrlik "Zəfər yolu"nda işlər yekunlaşmaq üzrədir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda torpaq yatağının, körpülər, tunellər və alt keçidlərin tikintisi aparılır. Toğanalı-Kəlbəcər-İstisu yolu üzrə Murovdağ tunelində qazma işləri davam etdirilir. Kəlbəcər-Laçın yolunun isə torpaq yatağının tikintisinə başlanılıb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu, Xudafərin-Qubadlı-Laçın, həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam avtomobil yollarında tikinti aparılır.
Ağdam-Füzuli yolunda isə layihələndirmə işləri görülür. O cümlədən, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunda da tikinti davam edir.