Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub

Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub

19 Oktyabr, 19:29 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 19-da müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olub. Açılış mərasiminə dəvət olunan Vətən müharibəsi qaziləri ilə görüşən müdafiə naziri onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra Türkiyədə uzunmüddətli “Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib. Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla hazırlanmış hərbi qulluqçulara beretlər təqdim olunub.

Mərasimdə çıxış edən müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib.

Hərbi hissənin ərazisindəki təlim mərkəzinə baxış keçirən nazir komandoların nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

CANLI YAYIM