FİFA bəyanat yaydı: NƏTİCƏLƏRİN REALLIĞINA ŞÜBHƏ YOXDUR

FİFA bəyanat yaydı: NƏTİCƏLƏRİN REALLIĞINA ŞÜBHƏ YOXDUR

28 Sentyabr, 12:16 Sosial mediada paylaşın:

FİFA 2019-cu ilin ən yaxşı futbolçusunun seçimi ilə əlaqədar keçirilən səsvermə ilə bağlı bəyanat yayıb.

Dünya futbol qurumu rəsmi saytı vasitəsilə yaydığı bəyanatda səsvermədə saxtakarlıqların qeydə alınması ilə bağlı bütün iddiaları yalanlayıb.
 
FİFA mətbuatda səsvermə zamanı saxtakarlıqlara yol verilməsinə dair xəbərlərin yayılmasından məyusluğunu bildirib və vəziyyətə belə aydınlıq gətirib: “Nominasiyaların hər biri üzrə səsvermə proseduru üçüncü tərəf təşkilatın (PwC) müstəqil nəzarəti altında idi. Səsvermə zamanı FİFA və PwC-nin öncədən müəyyən edilmiş qaydalarına uyğun davranılıb: bütün bülletenlər elektron və yazılı formada göndərilib. Həmin bülletenlər assosiasiya nümayəndələri və səsvermə hüququ olan şəxslər tərəfindən imzalanıb. Üstəlik, hər bir sənəddə assosiasiyanın möhürü də yer alıb. FİFA və PwC öz növbəsində müəyyən edilmiş qaydada doldurulmuş və göndərilən bütün bülletenlərin səsvermədə sayıldığını təsdiqləyə bilər. Nəticələrin reallığına şübhə yoxdu. Buna baxmayaraq, hətta səsvermənin nəticəsinə təsir etməyən səhvlər də aşkarlansa, FİFA bunu araşdıracaq və lazım gəlsə, sanksiyalar tətbiq edəcək”.
 
Qeyd edək ki, ən yaxşıların mükafatlandırma mərasimi sentyabrın 24-də İtaliyanın Milan şəhərində baş tutub. 2019-cu ilin ən yaxşı futbolçusu isə İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi seçilib. Lakin həmin gündən etibarən mətbuatda səslərin hesablanmasında səhvlərə yol verildiyinə dair müxtəlif faktlar qeyd olunmaqdadır.

 

CANLI YAYIM