Nərimanov rayonunda ticarət obyektlərində baş vermiş yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib

Nərimanov rayonunda ticarət obyektlərində baş vermiş yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib

16 Oktyabr, 12:10 Sosial mediada paylaşın:

Nərimanov rayonunda ticarət obyektlərində yanğının söndürülməsi işinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 21 yanğınsöndürən avtomobili və 105 əməkdaşı cəlb olunub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisinin müavini Əkbər Novruzov qeyd edib ki, metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında bir-birinə bitişik bir neçə ticarət obyektində baş verən yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib. Bu telefon, parça mağazaları və digər müxtəlif təyinatlı ticarət obyektləridir. Yaxınlıqda yerləşən yaşayış binaları yanğından tam mühafizə olunub. Yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

CANLI YAYIM