Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

15 Oktyabr, 17:22 Sosial mediada paylaşın:

Gürcüstana səfəri çərçivəsində baş prokuror Kamran Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Baş Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq-mühafizə sahəsində də uğurla inkişaf etdiyi, qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində nailiyyətlərin əldə olunduğu vurğulanıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

CANLI YAYIM