“Qarabağ üzrə razılaşmalar sözsüz yerinə yetirilməlidir” - Zaxarova

“Qarabağ üzrə razılaşmalar sözsüz yerinə yetirilməlidir” - Zaxarova

14 Oktyabr, 15:39 Sosial mediada paylaşın:

“Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların bütün müddəalarının sözsüz yerinə yetirilməsinin tərəfdarıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdə deyib.

“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, həmçinin 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının bütün müddəalarının sözsüz yerinə yetirilməsinin tərəfdarıdır. Hesab edirik ki, bununla Bakı və İrəvan arasında qarşılıqlı münasibətlərin, o cümlədən ikitərəfli mürəkkəb məsələlərin normallaşması üçün mühüm imkanlar yaranacaq”, - deyə Zaxarova əlavə edib.

CANLI YAYIM