İşğaldan azad edilən ərazilərə keçmək istəyən şəxslər saxlanılıblar

İşğaldan azad edilən ərazilərə keçmək istəyən şəxslər saxlanılıblar

13 Oktyabr, 12:16 Sosial mediada paylaşın:

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb.

“VAZ” markalı avtomobilin sürücüsü Cəlilabad sakini Sadiq Qasımov və həmyerlisi - sərnişin Qurban Məmmədov Cəbrayılın Mehdili kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb. Onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.

Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan “Man” markalı avtomobilin sürücüsü Füzuli sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan azad edilən əraziyə icazəsiz keçməyə cəhd göstərib. Sürücü və sərnişinləri - Bakı sakinləri İlham Məmmədov və Məmməd Rüstəmov barəsində protokollar tərtib olunub.

CANLI YAYIM