Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin ümumi sayı 9 milyonu keçdi

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin ümumi sayı 9 milyonu keçdi

12 Oktyabr, 15:55 Sosial mediada paylaşın:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 810 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 795 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 037 099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 903 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 133 680 təşkil edir.

CANLI YAYIM