“Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

“Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

12 Oktyabr, 11:30 Sosial mediada paylaşın:

Milli Məclisin növbəti iclası başlayıb.

İclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılır.

Qanun layihəsinə əsasən, Azərbaycanda 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlandırılması təklif edilir.

Oktyabrın 11-də keçirilən iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsində 28 may - Respublika Gününün adının dəyişdirilib Müstəqillik Günü kimi adlandırılması təklif edilir. 18 oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Qanun layihəsində 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü adlandırılması təklif olunur.

CANLI YAYIM