Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrliyində qaya uçqunu baş verib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.