Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

11 Oktyabr, 15:19 Sosial mediada paylaşın:

Bu gün Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü baş tutub.

Nazirlikdən verilən məlumata görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

CANLI YAYIM