Tanınmış idmançıya Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

Tanınmış idmançıya Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

27 Sentyabr, 18:15 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Aydın Əli oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, A.İbrahimova Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə fərdi təqaüd veriləcək.

Qeyd edək ki, Aydın İbrahimov Azərbaycan SSR güləşçisi, SSRİ əməkdar idman ustası və əməkdar məşqçisidir. O, "Neftçi" PFK-nın ilk prezidenti olub. A.İbrahimov 1963-cü ildə Güləş üzrə Dünya çempionu olub.

CANLI YAYIM