Teymur Rəcəbovdan tarixi qələbə: Dünya Kubokunun finalına çıxdı

Teymur Rəcəbovdan tarixi qələbə: Dünya Kubokunun finalına çıxdı

27 Sentyabr, 17:54 Sosial mediada paylaşın:

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun finalına vəsiqə qazanıb.

AZTV.AZ xəbər verir ki, Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla duelə çıxıb.

İlk matçda heç-heçə edən təmsilçimiz ikinci partiyada rəqibini məğlub edib - 1,5:0:5. Bu qələbə T.Rəcəbova finala vəsiqə ilə yanaşı, 2020-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak hüququ qazandırıb.

Qeyd edək ki, sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Dünya Kubokunun bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

CANLI YAYIM