Gürcüstanda matəm elan olundu

Gürcüstanda matəm elan olundu

9 Oktyabr, 12:58 Sosial mediada paylaşın:

Gürcüstan hökuməti Batumidə yaşayış binasının çökməsi nəticəsində baş vermiş faciə ilə əlaqədar oktyabrın 11-ni ölkədə matəm günü elan edib.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. O bəyan edib ki, hakimiyyət orqanları zərərçəkənlərə kömək göstərəcək və bütün təqsirkarlar cəzalandırılacaq.

Qeyd edək ki, qəza nəticəsində 6 nəfər həlak olub. Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində üç nəfər saxlanılıb.

CANLI YAYIM