Azərbaycanda yol tikintisinə 12 milyon manat ayrıldı

Azərbaycanda yol tikintisinə 12 milyon manat ayrıldı

27 Sentyabr, 17:25 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev “Şabran rayonunun Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

CANLI YAYIM