Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,9% artaraq 85,15 dollar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 68,27 dollar təşkil edib, bu da illik müqayisədə 25,09 dollar və ya 58,1% çoxdur.