Azərbaycan neftinin qiyməti bir gün əvvəlki rekordunu yeniləyib

Azərbaycan neftinin qiyməti bir gün əvvəlki rekordunu yeniləyib

25 Sentyabr, 11:30 Sosial mediada paylaşın:

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 79,08 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il sentyabrın 23-də (78,50) qeydə alınıb. Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesi olub. 

CANLI YAYIM