Hərbçilərin Pirəkəşküldən Qobustan rayonuna yürüşü başlayıb

Hərbçilərin Pirəkəşküldən Qobustan rayonuna yürüşü başlayıb

15 Sentyabr, 11:50 Sosial mediada paylaşın:

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb.

Hərbi qulluqçular orkestrin müşayiəti ilə Qobustan rayonundakı Acıdərə məzarlığına yürüş edirlər. Yürüşdə 100 hərbçi iştirak edir.

Yürüşün yekununda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq.

Tədbirdə ictimaiyyətin nümayəndələri, rəsmi şəxslər də iştirak edirlər.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu şiddətli döyüşlərdən sonra Bakı şəhərini daşnak-bolşevik hərbi birləşmələrindən azad edib. Xalqımız Azərbaycanı daşnak-bolşevik təcavüzündən xilas edən türk şəhidlərinin xatirəsini daim ehtiramla anır. Bu ehtiramın ən böyük nümunəsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksidir.

CANLI YAYIM