Ağstafa və Qazaxda 16 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Ağstafa və Qazaxda 16 ədəd subartezian quyusu qazılacaq -SƏRƏNCAM

13 Sentyabr, 15:18 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev sentyabrın 13-də Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

CANLI YAYIM