İndoneziyada güclü zəlzələ olub

İndoneziyada güclü zəlzələ olub

26 Sentyabr, 10:38 Sosial mediada paylaşın:

İndoneziyanın Maluku adalarında növbəti dəfə zəlzələ baş verib.

Amerika Geofizika İnstitutunun məlumatına görə titrəyişlərin gücü Rixter cədvəli üzrə 6,5 bal olub. Səhər saatlarında 29 km dərinlikdə baş verən zəlzələ ölkənin əksər ərazilərində hiss edilib. Bir çox evin divarlarında çatlar əmələ gəlib, mağazaların vitrinləri dağılıb.

Hələlik tələfat barədə məlumat verilmir.

İndoneziya Təbii Fəlakətlərin İdarə Olunması Agentliyi bildirir ki, zəlzələnin episentrinin quruda yerləşməsi dağıntı riskini artırır. Mütəxəssislər fəlakət zonasındakı vulkanların aktivləşəcəyindən narahatdırlar.

Qeyd edək ki, tektonik qurşaqda yerləşən İndoneziyada vaxtaşırı olaraq dağıdıcı zəlzələlər və sunami baş verir.

CANLI YAYIM