Qax-İlisu yolunun bir hissəsi yenidən qurulur - VİDEO

Qax-İlisu yolunun bir hissəsi yenidən qurulur - VİDEO

25 Sentyabr, 14:30 Sosial mediada paylaşın:

Dağ turizmini inkişaf etdirmək, insanların səmərəli istirahətini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırıq və sərəncamları əsasında avtomobil yollarının yenidən qurulması davam etdirilir. Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrindən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulmasında son tamamlama işləri görülür.

Bu yol Qax şəhəri də daxil olmaqla, yolboyu yerləşən 9 yaşayış məntəqəsinin 20 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq. 

Layihə çərçivəsində yol boyu 15 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün siqnal dirəyi, nişanlar və məlumatverici lövhələr, kilometr göstəricisi quraşdırılır. Yaxın günlərdə isə üfüqi nişanlanma xətləri çəkiləcək.

CANLI YAYIM