Keçmiş prezident Robert Köçəryanla yanaşı, yüksək rütbəli hərbçilər müttəhimlər kürsüsündə əyləşəcəklər

Keçmiş prezident Robert Köçəryanla yanaşı, yüksək rütbəli hərbçilər müttəhimlər kürsüsündə əyləşəcəklər

18 May, 13:24 Sosial mediada paylaşın:

Ermənistanda son 30 ilin ən qalmaqallı məhkəmə prossesi davam edir. Keçmiş prezident Robert Köçəryanla yanaşı, yüksək rütbəli hərbçilər müttəhimlər kürsüsündə əyləşəcəklər.

Ermənistanda 1-mart hadisələri ilə bağlı keçmiş prezident Robert Köçəryanın məhkəmə prossesi davam edir. Məhkəmə iclasında iştirak edən işğalçı ölkənin baş prokuroru Artur Davtyan jurnalistərə açıqlamasında bildirib ki, son 30 ilin  ən qalmaqallı prossesi medianın iştirakı ilə açıq şəkildə keçirilməlidir. Onun sözlərinə görə, həmin hadisələrdə zərəəkmişlər və ölənlərin yaxınları görməlidirlər ki, araşdırma obyektiv şəkildə aparılır. Həmin hadisələrdə 12 nəfər ölüb və 78 nəfər isə yaralanıb. 10 ildən çoxdur xalq bu günü gözləyir. İndi isə Arkadi Qukasyanla, Bako Saakyan məhkəmədə ağızlarına gələni danışırlar. Mən hakimə də bildirdim ki, bunların təklifləri qəbul edilməzdir. Məhkəmə iclası sona kimi açıq şəkildə davam etməlidir. 1-mart hadisələrində ittiham olunan daha 3 şəxsin məhkəmə prossesinin hazırlıq işləri başa çatmaq üzrədir. Bunlar sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş kollektiv təhlükəsizlik şurasının sədri, eyni zamanda, keçmiş MN-in SQ-in baş qərargah rəisi Yuri Xaçaturov və sabiq baş nazirin 1-ci müavini Armen Qevorkyandır. Bu yaxınlarda onlar da müttəhimlər kürsüsündə əyləşəcəklər. Baş prokurorun sözlərinə görə,  bu  son deyil, istintaqın məxfiliyini nəzərə alaraq bəzilərinin adları hələ açıqlanmayıb. Artur Davtyan bildirib ki, Köçəryan iclasda  həmin gecə keçmiş milli təhlükəsizlik xidmətinin rəisi Qorik Akopyanın ona nümayişçilər arasında əli silahlıların olduğuna dair məlumatlar çatdırıb. Birincisi, Qorik Akopyan artıq dünyasını dəyişib. Digər tərəfdən, əgər belə bir məlumat daxil olsa belə, onun qarşısını başqa yollarla almaq lazım idi.

 

CANLI YAYIM