Ordumuzun mövqeləri atəşə tutulub: hərbçilərimiz arasında yaralanan yoxdur

Ordumuzun mövqeləri atəşə tutulub: hərbçilərimiz arasında yaralanan yoxdur

29 Avqust, 19:00 Sosial mediada paylaşın:

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın iki saatadək davam etməsi və hərbçilərimiz arasında yaralananlar olması barədə Ermənistan tərəfinin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, belə yalan informasiyalar yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralananlar barədə məlumatları gizlətmək məqsədi güdür: “Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Azərbaycan Ordusunun hərbçiləri arasında yaralanan yoxdur”.

CANLI YAYIM