Lerikdə dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb

Lerikdə dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb

23 Avqust, 19:13 Sosial mediada paylaşın:

Lerik rayonunun Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin bir helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir.

CANLI YAYIM