Türkiyədə sel fəlakətinin ağır fəsadları gün keçdikcə daha çox üzə çıxır

Türkiyədə sel fəlakətinin ağır fəsadları gün keçdikcə daha çox üzə çıxır

14 Avqust, 16:14 Sosial mediada paylaşın:

Türkiyənin Qaradəniz bölgəsindəki sel fəlakətinin ağır fəsadları hər gün keçdikcə bir az daha çox üzə çıxır.

Qardaş ölkədə fəlakət bölgəsi elan edilən yerlərdən biri də Kastamonu vilayətidir.

Burada yağan aramsız leysan yağışları nəticəsində Ezine çayı daşıb. Çayın sahilində yerləşən bir neçə hündürmərtəbəli yaşayış binası ciddi zədələnib. Bu binalardan ikisi tamamilə çöküb. Binanın dağıntıları altında qalanlar var. Hazırda onların çıxarılması üçün işlər aparılır. Türkiyənin Qızıl Aypara Cəmiyyəti, Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD), axtarış-xilasetmə briqadaları başda olmaqla bütün imkanlar bölgəyə səfərbər edib. Burada yerləşən digər evlərə, yollara, körpülərə də ciddi zərər dəyib. Əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib. Çayın iki sahilini birləşdirən körpülər tamamilə dağılıb.

Qeyd edək ki, indiyədək fəlakət nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

CANLI YAYIM