Türkiyə və Azərbaycan yanğınsöndürənləri Buldan qəsəbəsindəki yanğını söndürüb

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Buldan qəsəbəsindəki yanğını söndürüb

4 Avqust, 11:00 Sosial mediada paylaşın:

Türkiyənin Dənizli bölgəsində baş verən meşə yanğınlarından biri söndürülüb.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Dənizlinin Buldan qəsəbəsindəki yanğın Türkiyə və Azərbaycan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən yerli vaxtla saat 02:30 radələrində söndürülüb: "Hazırda Tavas kəndindəki yanğının söndürülməsi istiqamətində işlər görülür".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 252 nəfər şəxsi heyət daxildir.

CANLI YAYIM