“Zəfərin sıra nəfərləri” sənədli filmi AzTV-də

“Zəfərin sıra nəfərləri” sənədli filmi AzTV-də

26 İyul, 18:00 Sosial mediada paylaşın:

“Candan qandan üstün olan bir şey varsa, o da, VƏTƏNdir!” – deyən qəhrəman oğullarımız “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi.

Sentyabrın 27-də başlanan Vətən Müharibəsi Müzəffər Ordumuzun şanlı qələbsi ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində yaratdığı silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsal etdiyi “Zəfərin sıra nəfərləri” sənədli filminin süjet xəttini sevgi və qürur, sevinc və kədər, həyəcan və iftixar təşkil edir. Filmdə 4 döyüşçümüzün timsalında Müzəffər Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan bəhs olunur. Eyni zamanda, filmdə Müdafiə Nazirliyinin efirə getməyən döyüş kadrlarından da istifadə olunub. Film Bakıda - "Qənimətlər Parkı"nda lentə alınıb. Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatoru Adil Abbasov, bəstəkarı isə Azər Hacıəsgərlidir.

“Zəfərin sıra nəfərləri” sənədli filmini 31 iyul saat 22:30-da Azərbaycan Televiziyasında izləməyi unutmayın!

CANLI YAYIM