Teleradio Akademiyasına növbəti müsahibə mərhələsi başlayıb

Teleradio Akademiyasına növbəti müsahibə mərhələsi başlayıb

23 Sentyabr, 14:22 Sosial mediada paylaşın:

 

Xəbər verdiyimiz kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyası dinləyici qəbulu ilə bağlı müsabiqə elan edib.

Müsabiqədə aparıcı, reportyor, redaktor, rejissor və operator peşələrinə yiyələnmək istəyən 30 yaşına qədər ali təhsili olan şəxslərin iştirakı nəzərdə tutulub.

Bu gün Teleradio Akademiyasında kənar dinləyicilər üçün elan edilmiş növbəti müsabiqənin ilkin müsahibə mərhələsi başlayıb.

Hər kəsə uğurlar!

CANLI YAYIM