AzTV "Son çəkiliş" adlı sənədli film hazırlayıb

AzTV "Son çəkiliş" adlı sənədli film hazırlayıb

15 İyul, 14:05 Sosial mediada paylaşın:

Kəlbəcərdə şəhid olan jurnalist həmkarlarımız Sirac Abışov və Məhərrəm İbrahimovun şəhidlik zirvəsinə ucalmalarından 40 gün ötür.

2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi hərəkət olan yolda tank əleyhinə minaya düşüb.

Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, habelə Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kəndi üzrə nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Şəhid olanlar iyunun 5-də torpağa tapşırılıblar.

Allah rəhmət eləsin!

Azərbaycan Televiziyası qəhrəman şəhid həmkarlarımızın xatirəsinə həsr olunmuş "Son çəkiliş" adlı sənədli film hazırlayıb.

Filmi bu gün saat 21:30-da izləməyi unutmayın!

CANLI YAYIM