Bakıda küləyin sürəti saniyədə 35 metrə çatıb

Bakıda küləyin sürəti saniyədə 35 metrə çatıb

21 Sentyabr, 20:06 Sosial mediada paylaşın:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 15:00-a olan məlumatına görə şimal-qərb küləyinin sürəti arabir Sumqayıtda 34, Bakıda 35, Balakəndə 25, Pirallahıda 26, Maştağada, Ələtdə, Neftçalada 24 metr/saniyəyə çatıb.

Departamentdən bildiriblər ki, külək Ağstafada, Neft Daşlarında və Tərtərdə 22, Zabratda 21, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 metr/saniyəyədək güclənib.

Neft Daşları Hidrometeorologiya stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

CANLI YAYIM