Rusiyada sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur

Rusiyada sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur

6 İyul, 09:07 Sosial mediada paylaşın:

Rusiyanın Kamçatka regionunda radarlardan itən sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur.

Bunu TASS-a FHN-nin əməkdaşı bildirib.

Məlumata görə, təyyarə Petropavlovsk-Kamçatka-Palana marşrutu üzrə uçurmuş.

Laynerin axtarışına bir təyyarə və iki helikopter cəlb edilib.

Rusiya İstintaq İdarəsinin Uzaq Şərq Nəqliyyatda İstintaq İdarəsindən bildirilib ki, hüquq mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb.

TASS-ın məlumatına görə, “An-26”nın göyərtəsində 22 deyil, 23 sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlərdən biri uşaqdır.

CANLI YAYIM