Azərbaycan Prezidenti maltalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti maltalı həmkarını təbrik edib

20 Sentyabr, 19:36 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Corc Vellaya milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını bildirib.

Azərbaycan Prezidenti maltalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

CANLI YAYIM