Ermənistanda etiraz aksiyaları davam edir

Ermənistanda etiraz aksiyaları davam edir

14 İyun, 11:50 Sosial mediada paylaşın:

44 günlük müharibədə acı məğlubiyyətə uğrayan Ermənistanda etiraz aksiyaları, nümayişlər səngimək bilmir.

Ölkədə növbədənkənar seçkilər yaxınlaşdıqca vəziyyət daha da gərginləşib. Baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan və onun rəqibləri İrəvanda, eləcə də ölkənin digər iri şəhərlərdə tərəfdarlarını toplamaqda çətinlik çəkirlər. Vəziyyətdən çıxmaq üçün onlar özləri ilə xüsusi mikro-avtobuslarla apardıqları 35-40 nəfərlə xalqın qarşısına çıxırlar.

İrəvanda tərəfdarları ilə birgə yürüş təşkil edən Nikol Paşinyan əraziyə xeyli sayda polis və daxili qoşunların hərbçilərini cəlb edib. Bəzi mənzillərin pəncərələrindən “Nikol xain”, “Nikol, rədd ol” şüarları səsləndirilib. Yürüş Respublika meydanında başa çatıb.

Aksiya bir qrup etirazçılar tərəfindən narazılıqlara səbəb olub və hətta Paşinyana şüşə qablar da atılıb. Polislər aksiyanı dağıtmağa çalışan bir qrup müxalifət nümayəndəsini saxlayıb.

 

CANLI YAYIM