Xətai rayonunda 11 küçədə təmir-tikinti işlərinə başlanılacaq

Xətai rayonunda 11 küçədə təmir-tikinti işlərinə başlanılacaq

19 Sentyabr, 16:16 Sosial mediada paylaşın:

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Xətai rayonu ərazisində Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur. Yaxın müddətdə isə rayonda daha 11 küçədə təmir-tikinti işlərinə başlanacaq.

Bu ilin əvvəlindən Xətai rayonunda 14 km-ə yaxın uzunluğu olan 7 küçədə yenidəqurma işləri aparılıb. Hazırda rayonun “NZS” qəsəbəsində ümumi uzunluğu 4.2 km olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinə başlanıb. 

Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi):

-      “Sözügedən küçələr “NZS” qəsəbəsinin mərkəzi küçələri olmaqla Nobel və Babək prospektlərini birləşdirir. Buna görə küçələr boyu avtonəqliyyat vasitələrinin intensiv hərəkətini müşayət etmək mümkündür. Lakin uzun illər istismar olunmasına baxmayaraq küçələrin təmir olunmaması nəticəsində yolun hərəkət hissəsində qabarma və çökmələr, tor şəkilli çatlar və dağılmalar əmələ gəlib. Bu isə gediş-gəlişə ciddi şəkildə maneə yaradırdı. Hazırda aparılan təmir işləri bu problemin aradan qaldırılmasına, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin olunması hesablanıb.

***

Layihəyə əsasən hazırda küçə boyu köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə deformasiyaya uğrayan yararsız qrunt qazılıb çıxarılır. Həmçinin yeraltı kommunikasiya xətlərinin baxış qapaqları, yağış barmaqlıqları yenilənəcək, mövcud piyada səkiləri bərpa olunacaq. Təmir işləri ilə əlaqədar Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Ümumiyyətlə isə yaxın müddət ərzində rayonda daha 11 küçədə təmir-tikinti işlərinə başlanacaq. 

Aztv.az

CANLI YAYIM