“Azərbaycan tamaşaçısı üçün çox maraqlı olacaq” – Türk dünyasının ortaq dəyərləri bir verilişdə

“Azərbaycan tamaşaçısı üçün çox maraqlı olacaq” – Türk dünyasının ortaq dəyərləri bir verilişdə

7 İyun, 18:30 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının təşəbbüsü ilə türkdilli dövlətlərin ortaq hazırladığı layihənin bu gün təqdimatı olacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Türk dünyası” adlanan layihənin ilk buraxılışı iyunun 7-si saat 21:00-da efirdə olacaq.

Verilişin ilk buraxılışında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistandan bəhs olunur, hər bir ölkədən olan aparıcı və mütəxəssislər öz dillərində mədəniyyətlərindən, tarixlərindən danışırlar.

Buaxşamkı buraxılışda AzTV-nin əməkdaşı Günel Habilqızı tamaşaçılara Qobustan barədə məlumatlar verəcək, qoruqdan görüntülər təqdim olunacaq.

Tamaşaçıların danışılanları yaxşı başa düşməsi üçün altyazı da əlavə olunub.

Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin TV kanallarında verilməsi planlaşdırılır.

Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.

Veriliş artıq Türkiyədə geniş əks-səda doğurub. Bu ölkənin 20-dən artıq aparıcı informasiya portalı oxucularla bu barədə xəbərlər bölüşüb. 

Azerbaycan Televizyonu, “Türk Dünyası” projesini başlatıyor!

Bundan başqa, layihənin yayımlanacağı digər ölkələrin xəbər saytlarında da bu layihəyə geniş yer verilib.

Азербайджан запустит проект «Тюркский мир»

Тюркоязычные государства решили запустить совместный проект

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, deputat Nizami Cəfərov layihə bağlı danışaraq qeyd edib ki, türk dünyasına aid xüsusi veriliş hazırlanması, tamaşaçılara bu dövlətlərin mədəniyyəti, dili, uğurları və s. göstərilməsi mühüm məsələdir: “Azərbaycan tamaşaçısı verilişə baxıb Özbəkistanı görəcək, özbək dilini eşidəcək, Qazaxıstanı görəcək, qazax dilini eşidəcək . Eşidəcək və əminəm ki, bir neçə dəfədən sonra başa düşəcək. Nitq inteqrasiyası yaradan aktın meydanda olması vacibdir. Biz bu layihədə fərqlərimizi də görəcəyik”.

Deputat Sabir Rüstəmxanlı isə belə bir layihənin hələ gec hazırlandığı qənaətindədir: “Bu layihə Azərbaycan tamaşaçısı üçün çox maraqlı olacaq”.

CANLI YAYIM